Elm və Təhsil Nazirliyi son 4 ildə “Texno Lyuks M” şirkəti ilə dəyəri 40 milyon manatdan çox təşkil edən müqavilələr bağlayıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Texno Lyuks M” şirkəti ilə müqavilə bağlayıb.
Müqavilənin maliyyə dəyəri 1,8 milyon manat müəyyənləşib.
Müqavilədə təhsil müəssisələrinin internet şəbəkəsi ilə (rəqəmsal texnologiyalarla) təmin edilməsi xidmətlərinin göstərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, “Texno Lyuks M” şirkəti 2018-ci ildə dövlət qeydiyyatına alınıb. 50 manat nizamnamə kapitalı ilə yaradılmış şirkətin qanuni təmsilçisi Əliyev Emin Arif oğludur. Elm və Təhsil Nazirliyi şirkətlə 2022-ci ildən bəri 44 milyon 370 min manat dəyərində müqavilələr bağlayıb.