SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Elektron ödəniş sektorundan AAYDA-ya TƏYİNAT

Elektron ödəniş sektorundan AAYDA-ya TƏYİNAT

  • 15 sentyabr 2026, 22:04

AAYDA-da informasiya texnologiyaları istiqamətində rəhbər vəzifələrdən birinə yeni mütəxəssis gətirilib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) yeni təyinat olub.

Bununla bağlı Agentlik sədri Vüsal Nəsirli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Musa Eldarov İnformasiya texnologiyaları departamentinin müdir müavini vəzifəsinə təyin olunub.

O, daha əvvəl rəqəmsal ödəniş xidmətləri göstərən elektron pul təşkilatlarının birində işləyib.

Skat.az - Ev və Avtomobil elanları