SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bu avtomobillərin qiymətində 12 min manata qədər ucuzlaşma - VİDEO

Bu avtomobillərin qiymətində 12 min manata qədər ucuzlaşma - VİDEO

Həm yanacağa qənaət edən, həm də ekoloji üstünlükləri ilə seçilən elektrik mühərrikli avtomobillərə ölkədə tələbat getdikcə artır. 

Yurd.Media xəbər verir ki, 2024-cü ildə qiymətlər bir qədər yüksək olsa da, bu il həm daha ucuzdur, həm də alıcı sayı çoxalıb. 

Qiymət baxımından hər kəsin cibinə uyğun olan bu avtomobillər ekoloji cəhətdən və yanacaq sərfiyyatına görə də əlverişli seçim hesab olunur.

Ölkəyə gətirilən elektrik mühərrikli avtomobillərin əksəriyyəti Çində istehsal edildiyindən keyfiyyət məsələsi də gündəmdədir. 

Satıcılar "AzTV"yə bildiriblər ki, hazırda 78% alıcı elektrik və xüsusilə hibrid avtomobillərə üstünlük verir.

Çin istehsalı avtomobillərin satışı daha yüksəkdir, çünki ölkəyə əsasən bu markalar gətirilir. Onların komplektasiyası daha zəngindir — əlavə düymələr, monitorlar və digər funksiyalar mövcuddur. Qiymətləri isə minimaldır.

Mütəxəssislər vətəndaşlara bu cür avtomobilləri rəsmi servislər vasitəsilə almağı tövsiyə edirlər. Çünki, sifarişlə gətirilən avtomobillərdə tez-tez alıcılar aldadılır. Rəsmi satışda avtomobil 5-10 min manat baha olsa da, insanlar onu Çindən daha ucuz gətirə biləcəklərini düşünürlər. Lakin bu halda servis zəmanəti olmur və sonradan problemlər yaranır.

2019-cu ildən elektrik mühərrikli avtomobillərin idxalı, 2022-ci ildən isə satışı əlavə dəyər vergisindən azad edilib. Həmin il bu avtomobillərə tətbiq edilən 15% idxal gömrük rüsumu da 0%-a endirilib.

Tələbatın artması qiymətlərə də təsir edib — bazarda elektromobillərin qiymətində təxminən 12 min manat ucuzlaşma müşahidə olunur. Məsələn, ötən il 70 min manata təklif olunan avtomobillər indi 58 min manata satılır. Əlverişli qiymətə səbəb həm də istehsalatda maya dəyərinin aşağı olmasıdır.

Ekspertlərin fikrincə, yaşıl gələcək üçün atılan bu addımlar artıq seçim deyil, zərurətdir. Xüsusilə taksi fəaliyyəti sahəsində tətbiq edilən yeni tələblər bazarda kiçik mühərrikli, ekoloji və iqtisadi avtomobillərə marağı daha da artırır. 

Prime Leasing