SÜJET
Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası (EAPCA) İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan tarixi və Zəngəzur dəhlizi ilə bağlı səsləndirmiş əsassız ve qərəzli iddialarını pisləyən Bəyanat qəbul edib.
Yurd.Media xəbər verir ki, qurumun Baş Katibi Sahil Qasımovun imzaladığı Bəyanatda deyilir:
"İranın Ermənistandakı səfirinin acıqlamaları bölgədə gərginliyi artırmaqla yanaşı tarixi həqiqətləri təhrif edir. Avro Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurası olaraq İran səfirinin bu cür mövqeyinin Azərbaycan xalqına qarşı hörmətsizlik və regionda sabitliyə qarşı yönəlmiş bir addım hesab edirik. EAPCA İran İslam Respublikasının siyasi və hərbi rəhbərliyini şiddətlə qınayır və bu haqsızlığa son goyulmasını tələb edir".