Bu il Azərbaycanı dünya aşpazlar yarışında təmsil edəcək namizəd müəyyənləşib.
Yurd.Media xəbər verir ki, Turizm və Sosial xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin "WorldSkills Azərbaycan" çərçivəsində təşkil olunan yarışda aşpazlıq peşəsi üzrə milli final mərhələsi keçirilib.
Ümumilikdə 94 iştirakçı qeydiyyatdan keçib. Son nəticədə 4 iştirakçı final mərhələsində iştirak edib.
Yarış nəticəsində seçilən 1 nəfər sentyabrda Şanxay şəhərində təşkil olunan beynəlxalq "WorldSkills" yarışında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin Direktor Müavini Kənan Mirzəyev bu mərhələdə keçirilən prosesləri izləyərək öz rəylərini bildirib.
O qeyd edib ki, süni intelekt aktuallaşdıqca digər ixtisaslara tələbat azalır, lakin əl əməyi ilə olan peşələrə hər zaman tələbat olacaqdir.
O çıxışında aşpazlıq peşesinin üstünlükləri haqqinda məlumat verib.