SÜJET
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən vəfat edib.
Yurd.Media xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hərbçimiz əslən Ağdaş rayonunun Ləki qəsəbəsindəndir.
Qeyd edək ki, o, Vətən müharibəsi iştirakçısı olub. DSX-də müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirmiş.
*** 15:20
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu xəstəlikdən vəfat edib.
DSX-dən Yurd.Media-ya verilən məlumata görə, 23 iyul 2025-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Məmmədov Aslan Araz oğlu uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.