“Buta İndependent Group” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən MMC-nin mülkiyyətində olan “Mercedes Benz” yük nəqliyyat vasitəsini idarə edən və texniki baxışdan keçirilmədən idarəetməyə görə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs barədə məlumat verilməsi istənilib.
Şirkət isə məlumat daxil olduğu vaxtdan 5 gün müddətində bu məlumatı verməyib.
Buna görə də MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə “Buta İndependent Group” 300 manat cərimə olunub.
Qeyd edək ki, 2015-ci ildən fəaliyyət göstərən “Buta İndependent Group” MMC-nin rəhbəri Tamerlan İsgəndərovdur.