SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Dövlət Xidmətinə yeni rəis müavini təyin olundu

Dövlət Xidmətinə yeni rəis müavini təyin olundu

  • 13 yanvar 2026, 17:21

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun əmrinə əsasən Əliağa Əzizov Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinə yeni rəis müavini təyin olunub.

Yurd.Media xəbər verir ki, Xidmət üzrə ikinci rəis müavini təyinatıdır.

Bununla bağlı Xidmət rəisi Rafiq Aslanovun iştirakı ilə tədbir keçirilib.

Xidmət rəisi çıxışında qeyd edib ki, dünən ölkə başçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində aparılan islahatların strateji əhəmiyyətini bir daha göstərdi.Cənab Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsində konkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərinin azaldılması, su-kanalizasiya və yağış suları infrastrukturunun inkişafını prioritet istiqamət kimi müəyyən edir.

Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.

Əliağa Əzizov 1996-cı ildə Sumqayıtda anadan olub. 2017-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin meliorasiya və su təsərrüfatı tikintisi ixtisasını bitirib, 2018-2020-ci illərdə BMT-nin FAO proqramı çərçivəsində Macarıstanda “Su ehtiyatlarının idarə edilməsi” üzrə magistr təhsili alıb və Hollandiyada su diplomatiyası üzrə ixtisasartırma kursunu bitirib. 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da “Elm və innovasiya” sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb. Evlidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları