SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Dövlət Komitəsi uşaqları Roblox oyunundan necə qoruyur? - AÇIQLAMA

Dövlət Komitəsi uşaqları "Roblox" oyunundan necə qoruyur? - AÇIQLAMA

  • 01 iyun 2026, 14:18

"Məqsədimiz oyun platformalarında uşaqların zərərli informasiyalardan qorunmasına dair standartların formalaşdırılması və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsidir".

Yurd.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfrans çərçivəsində deyib.

O qeyd edib ki, uşaqlarla bağlı bir neçə oyun platformaları mövcud problemlərin həlli istiqamətində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Onun sözlərinə görə, əgər bu platformalar milyonlarla insanın istifadə etdiyi böyük şəbəkələr yarada biliblərsə, mövcud problemlərin aradan qaldırılması istiqamətində də effektiv addımlar ata bilərlər.

Qeyd edək ki, 2 ay əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə "Roblox" qlobal platforması arasında onlayn görüş keçirilib. Dövlət Komitəsi tərəfindən "Roblox"un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq, ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyi, oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə edilib, xüsusilə 16 yaşadək uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunan məsələlərin aradan qaldırılmadığı təqdirdə platformanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılacağı diqqətə çatdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları