SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Diplom və attestatların verilməsində YENİLİK

Diplom və attestatların verilməsində YENİLİK

Bu ildən başlayaraq təhsil haqqında dövlət sənədlərinin verilməsində yenilik tətbiq olunacaq.

Yurd.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov "Təhsilin rəqəmsallaşması" mövzusunda keçirilən brifinqdə deyib ki, bu tədris ilindən təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək.

Onun sözlərinə görə, Nazirlər Kabineti təhsil haqqında dövlət sənədlərinin tam elektron formada verilməsi ilə bağlı qaydaları təsdiqləyib:

"Diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Təhsil sənədləri Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) üzərindən elektron formada hazırlanacaq. Sənədlərdəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim oluna və əldə edilə biləcək".

V.Xanlarov əlavə edib ki, təhsil sənədlərinə ştrix-kod əlavə olunmaqla onların həqiqiliyinin onlayn yoxlanılması mümkün olacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları