SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Dini suallar vermək üçün ÇAĞRI MƏRKƏZİ yaradıldı

Dini suallar vermək üçün ÇAĞRI MƏRKƏZİ yaradıldı

  • 12 fevral 2026, 18:41

Azərbaycanda dini məsələlərlə bağlı vətəndaşların suallarını cavablandırmaq üçün çağrı mərkəzi fəaliyyətə başlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Yurd.Media-ya bildirilib ki, çağrı mərkəzi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 50 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları"na uyğun olaraq, vətəndaşların müraciətlərinə baxılması işinin səmərəli təşkili, operativ cavablandırılması, göstərilən xidmətlərin effektivliyinin artırılması məqsədilə yaradılıb.

Bu yeni xidmət vasitəsilə vətəndaşlar komitənin fəaliyyəti ilə bağlı müxtəlif suallara cavab ala, eləcə də şikayət və təkliflərini ünvanlaya bilərlər.

Vətəndaşlar müvafiq məsələlərlə bağlı şəhər və mobil telefonlarından birbaşa "8160" nömrəsinə zəng edərək əlaqə yarada bilərlər.

Qeyd edək ki, çağrı mərkəzi iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları