SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Digah sakinlərinin yol dərdi: Daim təhlükə altındayıq - VİDEO

Digah sakinlərinin yol dərdi: "Daim təhlükə altındayıq" - VİDEO

  • 24 oktyabr 2025, 08:37
Abşeron

Digah qəsəbəsində əsas yolda dayanacaq və piyadalar keçidinin olmaması əhali üçün ciddi təhlükəyə çevrilib.

Yurd.Media xəbər veriri ki, Abşeron rayonunun Digah qəsəbəsinin sakinləri "Baku TV"yə bildiriblər ki, Balaxanı-Binəqədi şosesi boyunca yerləşən ərazidə yolu keçmək çox çətindir:

"Keçən dəfə burada qonşunun uşağını maşın vurdu. Sürət həddinə əməl edən yoxdur. Daim təhlükə altındayıq. Xahiş edirik, sürət həddi aşağı endirilsin və bu əraziyə kamera quraşdırılsın. Vəziyyət, həqiqətən, çox acınacaqlıdır", - deyə sakinlərdən biri bildirib.

Prime Leasing