SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Daha 7 nəqliyyat vasitəsi özəlləşdirildi

Daha 7 nəqliyyat vasitəsi özəlləşdirildi

  • 01 iyul 2025, 15:53

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iyulun 1-də keçirilən hərracda 7 nəqliyyat vasitəsi satılıb.

Teleqraf xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 46 sifariş qəbul edilib. Bunlardan 15-i onlayn qaydada həyata keçirilib.

Rəqabətli keçən hərracda start qiyməti 8.400 manat olan “Honda Accord” markalı avtomobil 10.884 manata, 8.900 manat olan “Hyundai Elantra” markalı avtomobil isə 10.000 manata satılıb.

Cari ay ərzində növbəti hərraclar 8, 15, 22 və 29 iyul tarixlərində keçiriləcək. Hərraclara müxtəlif markalı nəqliyyat vasitələri çıxarılıb.

Prime Leasing