SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Cənub rayonları haqqında xəbərlərin dərc edildiyi sayt işə başladı

Cənub rayonları haqqında xəbərlərin dərc edildiyi sayt işə başladı

  • 05 oktyabr 2026, 19:46

Ölkənin cənub regionlarının xəbərləri bir saytda toplanır.

Yurd.Media-nın məlumatına görə, 13 sentyabr 2026-cı il tarixindən etibarən Azərbaycanın cənub bölgəsində yeni informasiya saytı – Cenub.media rəsmi olaraq oxucuların istifadəsinə verilib.

Saytın əsas məqsədi bölgədə baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəniyyət, təhsil, səhiyyə, kənd təsərrüfatı və digər sahələr üzrə hadisələri operativ və obyektiv şəkildə işıqlandırmaqdır.

Yeni media platformasında Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Yardımlı, Salyan və Neftçala rayonlarında, eləcə də ölkənin digər bölgələrində baş verən mühüm hadisələrə yer veriləcək.

Sayt vasitəsilə regionun aktual problemlərinin, ictimai əhəmiyyətli məsələlərin, sosial layihələrin və bölgənin inkişafı ilə bağlı proseslərin geniş ictimaiyyətə çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Cənub Media Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media Reyestrinə daxil edilib.

Skat.az - Ev və Avtomobil elanları