SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Cəlilabadda yeni park salınacaq - FOTO

Cəlilabadda yeni park salınacaq - FOTO

  • 23 may 2025, 21:41
Cəlilabad

Cəlilabad rayonunda sakinlərin istifadəsinə yeni park veriləcək.

Yurd.Media xəbər verir ki, yeni park şəhərin Bayraq Meydanı ətrafında salınacaq.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov aparılan yenidənqurma və abadlıq-quruculuq işləri ilə tanış olub.

O, şəhərin İlqar Zeynalov küçəsində yerləşən çoxmənzilli binaların həyətində aparılan abadlıq-quruculuq işlərinə, Zərifə Əliyeva və Koroğlu küçəsinin kəsişməsində inşa olunan çoxmənzilli binanın tikintisinə, Bayraq Meydanı ətrafında salınacaq yeni parkın ərazisinə və 28 May küçəsində qrunt sularının ötürülməsi üçün kanalizasiya xəttinin tikintisi ilə bağlı həyata keçirilmiş işlərə baxış keçirib.

Aparılan işlərə baxış keçirən rayon rəhbəri aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini verib.

Prime Leasing