SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Bu şəxslər qan donoru ola bilməzlər - RƏSMİ

Bu şəxslər qan donoru ola bilməzlər - RƏSMİ

Qanvermə prosesində donorun həyat xilas etdiyini bilməsi ona mənəvi rahatlıq, özünəinam və sosial faydalılıq hissi verir. Bu isə stresin azalmasına, psixoloji rifahın yüksəlməsinə səbəb olur.

Bəs qan donorluğundan kənarlaşdırmaya səbəb olan hallara nələr daxildir?

"Qan donorluğu həm tibbi, həm də sosial baxımdan son dərəcə önəmli prosesdir. Donor olmaq insan sağlamlığını dəstəkləməklə yanaşı, cəmiyyətin rifahına xidmət edir. Bu prosesin təhlükəsizliyi müəyyən tibbi meyarlar çərçivəsində tənzimlənir. Elə bu baxımdan, donorların daimi və ya müvəqqəti şəkildə qanvermədən kənarlaşdırılması beynəlxalq standartlara əsasən həyata keçirilir".

Bunu Yurd.Media-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova açıqlayıb. O, bəzi xəstəliyi olan şəxslərin donurluqdan kənarlaşdırılığını da vurğulayıb:

"Daimi kənarlaşdırma halları arasında İİV (QİÇS), sifilis, hepatit B və C kimi yoluxucu xəstəliklər, bəzi onkoloji və irsi qan xəstəlikləri, şəkərli diabetin insulinə bağlı forması, ağır ürək-damar, qaraciyər, böyrək və sinir sistemi xəstəlikləri yer alır. Bu kimi göstərişlər olduqda, donorluğa icazə verilmir".

Afət Zeynalova qeyd edib ki, müntəzəm qan verən şəxslərdə infarkt və insult riski 30-40% aşağı olur.

Prime Leasing