SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Bu il arxeoloji qazıntılar zamanı 636 artefakt aşkar edilib - HESABAT

Bu il arxeoloji qazıntılar zamanı 636 artefakt aşkar edilib - HESABAT

Bu il arxeoloji ekspedisiya qazıntıları zamanı 636 artefakt aşkar edilib.

Yurd.Media xəbər verir ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın tarix və mədəniyyət abidələrinin qorunması, bərpası, rəqəmsallaşdırılması və idarə olunması istiqamətində mühüm işlər həyata keçirilib. Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin hazırladığı “Mədəni irs icmalı”nda məlumat verilib.

Hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6114 tarix-mədəniyyət abidəsindən 4377-nə, eləcə də yeni aşkar edilmiş 1400-dən çox tarix və mədəniyyət əhəmiyyətli obyektə nəzarəti həyata keçirir.

Hesabat dövründə ölkə üzrə 3709 daşınmaz mədəni irs obyekti Vahid Mədəniyyət Reyestri informasiya sistemində toplanaraq GIS texnologiyaları ilə inteqrasiya olunub. Muzey fondlarında qorunan eksponatların sayı 1 milyon 137 min 883-ə çatıb, fondlar 3893 yeni eksponatla zənginləşdirilib.

Tarix-mədəniyyət abidələrinin mühafizəsi istiqamətində 200 preventiv tədbir görülüb, hüquq-mühafizə orqanlarına 60 müraciət göndərilib, 32 inzibati tənbeh qərarı qəbul olunub və bir cinayət işi başlanılıb. Bundan başqa, abidələrin qorunmasını tənzimləyən 183 mühafizə müqaviləsi bağlanıb.

İlin ilk yarısında 98 tarix-mədəniyyət abidəsinin mühafizə zonasının layihəsi təsdiqlənib, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrlə bağlı 73 rəy verilib. Həmçinin 98 abidə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə daxil edilib.

Mədəni irsin bərpası sahəsində bir abidədə bərpa-konservasiya işləri tamamlanıb, 72 təmir-bərpa layihəsi təsdiqlənib. Hazırda 3 abidədə bərpa işləri davam etdirilir.

Daşınar mədəni irsin qorunması istiqamətində 880 eksponat bərpa-konservasiya olunub. Arxeoloji irsin öyrənilməsi məqsədilə 24 arxeoloji ekspedisiyaya icazə verilib, qazıntılar zamanı 636 artefakt aşkar edilib.

Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara hesabat dövründə ümumilikdə 463 min 965 nəfər ziyarətçi gəlib. Onlardan 342 min 305 nəfəri muzeyləri, 121 min 660 nəfəri isə qoruqları ziyarət edib. Rəqəmsal platformalar vasitəsilə 138 min 718 bilet və ekskursiya xidməti satılıb.

Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 min 906 ziyarətçi ilə olub. Onu və izləyib.

Qeyd edək ki, Dövlət Xidməti 2026-cı ilin ilk yarısında rəqəmsallaşdırma, innovasiya və ictimai iştirakçılıq sahələrində həyata keçirdiyi fəaliyyətə görə beynəlxalq təşkilatlar tərəfindən beş mükafata layiq görülüb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları