SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Bu günümüzə şükür: Şükürbəyliyə daha 86 nəfər KÖÇDÜ

Bu günümüzə şükür: Şükürbəyliyə daha 86 nəfər KÖÇDÜ

  • 28 avqust 2026, 14:52
Cəbrayıl

Cəbrayıl rayonunun Şükürbəyli kəndinə daha 86 nəfər köçüb.

Yurd.Media xəbər verir ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 ailənin daimi qayıdışı təmin olunub.

Ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyi və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar. Ailələrə evlərin açarları təqdim olunub.

Qeyd edək ki, köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Açarların təqdim edilməsi mərasimində sakinlər mina təhlükəsizliyi qaydaları haqqında məlumatlandırılıblar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları