İlk xəbər 1 dekabr 20:34-də dərc olunub
***
Bakıda marketlər şəbəkələrində polietilen torbaların qiyməti qalxıb.
Yurd.Media-nın araşdırmasına görə, ölçüsünə görə 3-5 qəpik aralığında olan torbalar bugündən bütün marketlərdə 5-7 qəpiyə satılır.
Qeyd edək ki, ölkədə polietilen torbaların təbiətə ziyan vurmasına görə istifadəsini azaltmaq məqsədi ilə 2023-cü il fevralın 15-dən pulsuz verilən polietilen torbaların pulla satışına başlanılmışdı.