"Birbank" bugün əməkhaqqı kartı sahiblərinin bir çoxuna kimlik təsdiqləməsi ilə bağlı SMS göndərib.
Yurd.Media xəbər verir ki, bank, video-təsdiqləmədən keçməyən istifadəçilərin kartlarında müəyyən məhdudiyyətlərin tətbiq oluna biləcəyini bildirir.
Bununla bağlı "Birbank" əməkhaqqı kartı istifadəçilərinə kimliyin təsdiqlənməsi ilə bağlı rəsmi SMS göndərib. Bildirilişdə qeyd olunur ki, kartdan fasiləsiz istifadəni davam etdirmək üçün 1 dekabr tarixinədək video-təsdiqləmə prosedurundan keçmək tələb olunur.
Bank həmçinin xəbərdarlıq edir ki, müəyyən edilmiş tarixədək təsdiqləmə aparılmadığı halda kart üzrə bəzi əməliyyatlara məhdudiyyət qoyula bilər.