SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Nigeriyalılar Azərbaycandan Gürcüstana qeyri-qanuni keçmək istədi

Nigeriyalılar Azərbaycandan Gürcüstana qeyri-qanuni keçmək istədi

  • 03 iyun 2026, 16:48

Bir qrup nigeriyalı Azərbaycandan Gürcüstana qeyri-qanuni keçməyə cəhd edib.

Dövlət Sərhəd Xidmətindən Yurd.Media-ya bildirilib ki, Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər saxlanılıb.

Nigeriya vətəndaşları - 1980-ci il təvəllüdlü İguare Oliver Osagie, 1986-cı il təvəllüdlü Ogungbure Adesoji Austin, 1992-ci il təvəllüdlü Akinniyi Olamilekan Sunday, 1994-cü il təvəllüdlü Adele Moshood Adekunle, 1997-ci il təvəllüdlü King Tamarasinla Gloria, 1998-ci il təvəllüdlü Ajala Oluvafemi Moses həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılııblar.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları