Bakıda qanunsuz düzəldilmiş parklanma yeri ləğv edildi.
Yurd.Media xəbər verir ki, paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlil bəy Xasməmmədov küçəsi 15 ünvanında şəxsi avtomobillər üçün yaradılmış bu dayanacaq uşaqların oyun yerini və piyadaların hərəkət ərazisini tutur.
Sakinlər “Xəzər Xəbər”ə özlərində günah olmadığını bildiriblər. Onların sözlərinə görə, həyət dar olduğundan və maşın saxlamağa dayanacaq olmadığı üçün başqa əlacları yoxdur.
Üstəlik, binaların dörd bir tərəfində kafe və restoranlar yerləşir. Bu məkanlara üz tutanlar isə “AzParking” dayanacaqlarına getmir və avtomobillərini bu ərazidə saxlayırlar.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilib. Müraciətdən sonra İcra Hakimiyyətinin əməkdaşları tədbir görərək süni dayanacaq yerlərini ləğv ediblər.