SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bəzi ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərdə qaz olmayacaq

  • 11 sentyabr 2025, 08:49
Bakı

“Qum adası-Qazanlar” yüksək təzyiqli qaz kəmərinin Xətai rayonu, Gənclik Parkı ərazisindən keçən istismara yararsız hissəsinin dəyişdirilməsi, Nərimanov rayonu, Xətai prospekti ilə Ə.Dəmirçizadə küçəsinin kəsişməsində isə yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə birləşməsi məqsədilə bu gün saat 10:00-dan işlər yekunlaşanadək  “Əhmədli” QPS-də və “Əbilov” ölçü qovşağında qaz təchizatı dayandırılacaq.

Yurd.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Təmir işləri aparılan müddətdə Xətai rayonunun İ.Əbilov, Kombinat, Xudu Məmmədov, Məhəmməd Hadi, Şirvani, Aşıq Qurbanı küçələrinin və Nərimanov rayonu, Xətai prospektinin, Ə.Dəmirçizadə, Qarabağ, Ə.Əlizadə və G.Qədirbəyova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Prime Leasing