SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Baş redaktor: Azad olunmuş ərazilərdəki inkişafı media fərqli şəkildə işıqlandırmalıdır - VİDEO

Baş redaktor: "Azad olunmuş ərazilərdəki inkişafı media fərqli şəkildə işıqlandırmalıdır" - VİDEO

  • 03 aprel 2026, 16:12

İşğaldan azad olunmuş ərazilərdəki inkişaf media tərəfindən fərqli şəkildə işıqlandırılmalıdır.

Bunu Yurd.Media portalının baş redaktoru Murad Əliyev "CBC FM" radiosunun efirində yayımlanan “Səhər saatı” verilişində bildirib.

Onun sözlərinə görə, bugün mətbuatda Azərbaycanın bölgələri ilə bağlı xəbərlərin 90 faizdən çoxunu kriminal və hadisələrlə bağlı məlumatlar təşkil edir:

"Lakin Qarabağla bağlı belə yanaşma düzgün deyil. Azad olunan ərazilərə böyük həcmdə investisiyalar yatırılır, əhalinin köçü baş verir, iqtisadi aktivlik göz qabağındadır. Təəssüf ki, bəzi günlərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarından ötürülən xəbərlər də yalnız qəzalarla, məişət hadisələri ilə məhdudlaşır".

M.Əliyev qeyd edib ki, əsas şərt azad olunmuş rayonlarda peşəkar jurnalistlərin fəaliyyətinin genişləndirilməsidir:

"Razılaşaq ki, bu gün jurnalistlərin mütləq əksəriyyəti Bakıda cəmləşib. Onlar Qarabağa ezam olunurlar və dərhal geri qayıdırlar. Bununla yerində keyfiyyətli iş qurmaq çətindir. Adam gərək orada yaşasın ki, mövcud imkanları daha yaxşı görsün".

Onun sözlərinə görə, kadr hazırlığı olduqca vacib məsələdir və buna dövlət qurumları da dəstək verməlidir ki:

"Misal üçün iqtisadi məsələləri yerində araşdırıb mütəmadi işıqlandıran jurnalistlər olmalıdır. Bugün kifayyət qədər bacarıqlı iqtisadi yazarlarımız var, lakin onlar Bakıda oturub distant şəkildə rəqəmləri təhlil edərək yazılar hazırlayırlar.  Digər tərəfdən Azərbaycan mətbuatında gözəl reportaj, köşə yazıları hazırlayan güclü qələm sahibləri var ki, onlar da yalnız ezam olunan zaman hansısa məsələ ilə bağlı fikirlərini bölüşürlər. Böyük Qayıdışı isə yerində işıqlandırmaq olduqca vacibdir".

Baş redaktor: "Azad olunmuş ərazilərdəki inkişafı media fərqli şəkildə işıqlandırmalıdır" - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları