Bakının nadir çiçəklərlə bəzədilən tarixi parkı - VİDEO

Bakının nadir çiçəklərlə bəzədilən tarixi parkı - VİDEO

Bakı

Bakı sakinlərinin “Malakan bağı” kimi tanıdığı Xaqani Bağı şəhərin ən qədim və sevilən parklarından biridir. Ərazisi böyük olmasa da, burada yaradılan səliqə-sahman və yaşıl mühit parkı cazibədar edən əsas amillərdəndir.

Yurd.Media xəbər verir ki, parkın təmiz saxlanılmasına və abadlığının qorunmasına məsul olan Bakı Abadlıq Xidmətinin əməkdaşı Raqif Əhmədov "Real Tv" yə müsahibəsində bildirib ki, hazırda parkda minə yaxın gül və bitki növü var ki, onların arasında nadir rast gəlinən çiçəklər də mövcuddur.

“Bitkilərin sağlam böyüməsi üçün il ərzində bir neçə dəfə budama və ziyanvericilərə qarşı dərmanlama işləri aparılır,” – deyə əməkdaş qeyd edib.

Xaqani Bağına yaxın olan Fəvvarələr Meydanında da yerləşən fəvvarə kompleksi və onun ətrafında salınan yaşıllıqlar xüsusi baxımla qorunur.