Bakının ev sahibliyi etdiyi növbəti böyükhəcmli Forum uğurla yekunlaşıb.
Yurd.Media xəbər verir ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Bağlanış Mərasimi keçirilir.
Mərasimdə WUF13 iştirakçıları, rəsmilər, qonaqlar iştirak edir.
Qeyd edək ki, WUF13 (XIII Ümumdünya Şəhərsalma Forumu) mayın 17-si başlayıb. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirə minlərlə dövlət rəsmisi, şəhərsalma mütəxəssisi və qeyri-hökumət təşkilatı qatılıb. Tədbirlər Bakı Olimpiya Stadionunda keçirilib.
https://www.youtube.com/live/yI92ss7wSNQ?si=m6mm7Te4Vibnniz2