SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakıda tikinti qalmaqalı: eyni mənzillər bir neçə şəxsə satılıb

Bakıda tikinti qalmaqalı: eyni mənzillər bir neçə şəxsə satılıb

Bakı

Son illər Bakının bir çox ərazilərində şəhərsalma və yenidənqurma layihələri çərçivəsində köhnə, qəzalı yaşayış evlərinin sökülməsi prosesi aparılır. Bu layihələrə əsasən, sökülən evlərin yerində yeni, müasir yaşayış binaları inşa edilir və həmin ərazilərdə yaşayan sakinlərə gələcəkdə tikiləcək binalarda mənzillərin verilməsi vəd olunur. 

Bakı şəhəri Şirin Mirzəyev küçəsində tikilməkdə olan “My Home” yaşayış kompleksi layihəsini icra edən "Vesta Construction" MMC isə eyni mənzilləri bir neçə şəxsə satıb.

Yurd.Media xəbər verir ki, şirkətin direktoru Ceyhun Quliyev tərəfindən ümumilikdə 117 mənzil 200-ə yaxın vətəndaşa müqavilə əsasında təqdim edilib. 

Məlum olub ki, şikayətçilərin bir qismi əvvəllər həmin ərazidə yaşayan sakinlərdir. Onların sözlərinə görə, evləri qəzalı vəziyyətdə olduğu əsas gətirilərək sökülüb və əvəzində yeni binada mənzil veriləcəyi vəd olunub. 10 il əvvəl bu anlaşma olsa da, həmin vətəndaşlar hələ də küçədə qalıblar.

Xatırladaq ki, 2016-cı ildə Nizami Rayon İcra Hakimiyyətinin sərəncamı ilə Şirin Mirzəyev küçəsində yerləşən qəzalı binaların sökülərək yerində yeni yaşayış binalarının tikilməsi ilə bağlı pilot layihə həyata keçirilib. Layihənin icrası “Vesta Construction” MMC-yə həvalə olunub.

Vətəndaşlar baş verənlərdə Nizami Rayon İcra Hakimiyyətinin də məsuliyyət daşıdığını iddia edir və pilot layihəyə lazımi nəzarətin edilmədiyini bildirirlər.

Nizami Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, vətəndaşların kollektiv müraciətləri əsasında Nizami Rayon Prokurorluğunda cinayət işi başlanıb və kirayə haqlarının ödənilməsi icra hakimiyyətinin təşəbbüsü ilə təmin edilib.

Vətəndaşların aldadılması faktı ilə əlaqədar “Vesta Construction” MMC-nin rəhbəri Ceyhun Quliyev cinayət məsuliyyətinə cəlb olunub.

Qeyd edək ki, layihənin icra olunduğu dövrdə – 2016-cı ildə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Adil oğlu Qasımov olub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları