SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət ediblər

Bakıda saxlanılan Rusiya vətəndaşlarını yaxınları ziyarət ediblər

  • 18 iyul 2025, 22:39

Bakıda saxlanılan Rusiya vətəndaşlarını, o cümlədən "Sputnik" agentliyinin əməkdaşlarını yaxınları ziyarət ediblər.

Yurd.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, qeyd olunan şəxslərin hər biri fərdi qaydada qəbul edilib, saxlama şəraiti və onlarla rəftar məsələləri yerində araşdırılıb.

Həbs olunan şəxslərin Ombudsmana müraciət edən ailə üzvləri Aparatda qəbul edilib, yaxınları ilə görüşləri ilə bağlı müraciətləri Ombudsman tərəfindən təmin olunub.

Ombudsmanın Milli Preventiv Qrup üzvləri tərəfindən qəbul edilib saxlanılan şəxslər saxlanılma şəraiti və onlarla rəftardan şikayət etməyiblər. Görüş və tibbi yardımla bağlı müraciətlərinin təmin olunduğu müşahidə edilib.

Məsələ Ombudsmanın diqqətində saxlanılır.

Prime Leasing