SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakıda kollektor daşan ərazidə fəsadlar aradan qaldırılır - FOTO

Bakıda kollektor daşan ərazidə fəsadlar aradan qaldırılır - FOTO

  • 11 aprel 2026, 17:19
Bakı

Aprelin 5-də və 6-da intensiv yağan yağışlar nəticəsində Keşlədə kollektorun daşması ilə əlaqədar ərazidə yaranmış fəsadların aradan qaldırılması və infrastrukturun bərpası istiqamətində tədbirlər həyata keçirilir.

 Nizami Rayon İcra Hakimiyyətindən Yurd.Media-ya bildirilib ki, Bakı dairəvi magistral kollektorunda suyun kəskin artması və qəsəbənin M.Ə.Sabir və K.Əfkari küçələrinin kəsişməsindən keçən hissəsindən daşması nəticəsində ciddi fəsadlar yaranmışdı.

Bildirilib ki, Nizami rayonunun kommunal xidmət sahələri tərəfindən görülən işlər çərçivəsində ərazidə genişmiqyaslı sanitar-təmizlik işləri aparılır, həyətyanı sahələr və keçid yolları palçıq və lildən təmizlənərək yuyulur.

BHİŞ-dən vurğulanıb ki, gələcəkdə belə halların təkrarlanmaması və preventiv tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara müraciətlər ünvanlanıb.

Hazırda ərazidə davamlı olaraq dezinfeksiya işləri aparılır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları