SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Bakıda kanalizasiya suları şarj cihazlarını yararsız vəziyyətə saldı - VİDEO

Bakıda kanalizasiya suları şarj cihazlarını yararsız vəziyyətə saldı - VİDEO

  • 16 dekabr 2025, 23:03
Bakı

Bakıda kanalizasiya suları elektrik avtomobillərin şarj cihazlarını yararsız vəziyyətə saldı.

Yurd.Media xəbər verir ki, Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsində 17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub.

Elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda sürücülərin məntəqəyə yaxınlaşa bilmədikləri görünür.

Sürücülər "Xəzər Xəbər"ə deyirlər ki, yağmurlu hava şəraitindən sonra ərazidən nəinki keçmək, hətta avtomobil saxlamaq belə mümkün olmur.

Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazinin təmizlənməsi üçün heç bir iş aparılmır.

Prime Leasing
SPE Annual Caspian