Hansısa yaşayış binasının həyəti deyil, tullantı poliqonunu xatırladır.
Yurd.Media xəbər verir ki, söhbət Xətai rayonu, Qədir Məmmədov küçəsindəki 5 və 7 nömrəli binaların həyətlərindən gedir.
Sakinlər "Xəzər Xəbər"ə deyirlər ki, iki ildən çoxdur bu həyətə abadlaşdırma adı ilə gəlib, qarajları və köhnə tikililəri söküblər. Amma işlər yarımçıq saxlanılıb. O gündən bəri torpaq, daş, tullantılar bu ərazidə yığılıb qalıb. Yayda toz, qışda isə palçıq çıxılmaz vəziyyət yaradır.
Sakinlər deyirlər ki, bir vaxtlar uşaqların oynadığı həyətdə indi sahibsiz itlərin məskəninə çevrilib.
Onlar aidiyyəti qurumlardan təxirəsalınmaz tədbir görülməsini istəyirlər.