SÜJET

MƏHKƏMƏ TƏYİNATLAR Böyük Qayıdış Süni intellekt Bank
Azərbaycanda 33 dini icmanın iştirakı ilə FESTİVAL

Azərbaycanda 33 dini icmanın iştirakı ilə FESTİVAL

  • 05 noyabr 2025, 15:12

Bakıda 33 dini icmanın iştirakı ilə festival təşkil olunub.

Yurd.Media xəbər verir ki, "Fərqliliyin rəngi" adlı tədbirdə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digərləri iştirak ediblər.

Bildirilib ki, festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub.

Eyni zamanda, tədbir Azərbaycanın çoxmədəniyyətli kimliyini, əsrlər boyu qorunan tolerantlıq ənənəsini və cəmiyyətimizdəki həmrəyliyin gücünü bir daha nümayiş etdirir.

Rəsmi və bədii hissədən sonra festivalda dini icma nümayəndələrinin birgə dua mərasimi olub.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, festival Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Global Media Group"un media tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilib.

Skat.az - Ev və Avtomobil elanları