SÜJET
Bakıda 16 yaşlı qız itkin düşüb.
Yurd.Media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şərifzadə küçəsində baş verib. Həmin ünvanda nömrəsiz evdə yaşayan, 2009-cu il təvəllüdlü Fərqanə Taleh qızı Həsənova iyulun 28-də yaşadığı evdən çıxaraq itkin düşüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Şöbəsində araşdırma aparılır.