SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
“Bakı Karate-do Akademiyası”nın rəhbərinə daha bir CƏRİMƏ - MƏHKƏMƏ İŞİ

“Bakı Karate-do Akademiyası”nın rəhbərinə daha bir CƏRİMƏ - MƏHKƏMƏ İŞİ

  • 17 mart 2026, 11:21
Bakı

“Bakı Karate-do Akademiyası” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) rəhbəri Namiq Nağıyev cərimə olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Namiq Nağıyev məhkəmə qətnaməsini icra etmədiyinə görə cəzalandırılıb.

Qeyd edək ki, məhkəmə MMC-nin 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, icarə haqqı borcuna görə 8800 manat, dövlət rüsumuna görə 108 manat olmaqla, cəmi 8908 manat pulun tutulması barədə qərar qəbul edib.

Lakin MMC-nin rəhbəri məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırıb. Buna görə də icra şöbəsində onun barəsində İnzibati Xətalar Məcəlləsinin  528.1-ci maddəsi ilə iş qaldırılıb, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə o 1200 manat cərimə edilib.

Namiq Nağıyev qərardan apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, Bakı Karate-do Akademiyasının rəhbəri Namiq Nağıyevin yuxarıda qeyd olunan məhkəmə işinə görə ölkədən çıxışına məhdudiyyət qoyulub. Məhkəmənin hökmü ilə 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş Nağiyev Namiq Arakel oğlunun ölkədən getmək hüququ icra sənədi üzrə yaranmış borc ödənilənədək məhdudlaşdırılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları