SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bakı İcra Hakimiyyətinin tabeliyində yeni MMC-lər yaradılır

Bakı İcra Hakimiyyətinin tabeliyində yeni MMC-lər yaradılır

  • 23 mart 2026, 23:06
Bakı

Bakıda Mənzil Kommunal Təsərrüfatı Birlikləri (MKTB) ləğv olunur.

Yurd.Media "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, paytaxtda bu prosesin iyun ayınadək başa çatması gözlənilir.

Qeyd edək ki, Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına əsasən, Bakı da daxil olmaqla ölkədəki mənzil-kommunal istismar sahələrinin ləğvi və idarəetmənin müasir, özəl və ya kommunal müəssisələr vasitəsilə təşkili nəzərdə tutulur.

Onu da bildirək ki, MKTB-lərin əvəzinə Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yeni vahid mənzil-kommunal təsərrüfatı MMC-ləri yaradılacaq. Bu islahat, idarəetməni müasirləşdirmək, xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək məqsədi daşıyır. Yeni strukturlar sakinlərlə müqavilələr əsasında fəaliyyət göstərəcək. /Bakıvaxtı.az/

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları