Naxçıvan Muxtar Respublikasının Babək rayonunun bir hissəsində qaz kəsiləcək.
Yurd.Media xəbər verir ki, bu barədə Naxçıvan Qaz İstismar Xidməti məlumat yayıb.
Bildirilib ki, 89 mm boru korroziyaya uğradığı üçün yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsi ilə əlaqədar qaz təchizatı Babək rayon Babək şəhərində 12.06.2025 tarixdə saat 10:30-dan müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.