SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Azərsilah baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO

“Azərsilah" baş direktoru özünə yeni müşavir təyin etdi - FOTO

  • 13 oktyabr 2026, 09:06

Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah Müdafiə Sənayesi Holdinqi” QSC-nin baş direktoruna yeni müşavir təyin olunub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin baş direktoru Emil İbrahimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vasif Salayev baş direktorun müşaviri vəzifəsinə təyin olunub.

V.Salayev bundan əvvəl uzun illər enerji, dəmir yolu və neft-qaz sektorları üçün elektrik avadanlıqlarının istehsalı, layihələndirilməsi və quraşdırılması ilə məşğul olan ATEF Qrup Şirkətlərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib.

O, 2022-ci ilin fevralından 2026-cı ilin fevralınadək ATEF Qrup Şirkətlərinin Böyük Güc Transformatorları Zavodunun direktoru vəzifəsində çalışıb.

Bundan əvvəl isə 2013-cü ilin fevralından 2022-ci ilin iyun ayınadək həmin zavodda baş mühəndis vəzifəsini tutub. Salayev ATEF-də karyerasına 2011-ci ildə dizayn mühəndisi kimi başlayıb və 2013-cü ilədək bu vəzifədə çalışıb.

Beləliklə, Vasif Salayev ATEF Qrup Şirkətlərində ümumilikdə 14 ildən artıq müxtəlif vəzifələrdə çalışıb.

Vasif SalayevVasif Salayev

Skat.az - Ev və Avtomobil elanları