SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Azərişıq”da yeni sistemin tam inteqrasiya olunmamasnın fəsadları: Olmayan borc görünür

“Azərişıq”da yeni sistemin tam inteqrasiya olunmamasnın fəsadları: Olmayan borc görünür

Yeni GPRS tipli elektrik sayğacının quraşdırılmasından sonra “Azərişıq” şəxsi kabinetində borc görünür, lakin qurumun əməkdaşları bu borcu görmür.

Yurd.Media-nın redaksiyasına müraciət edən vətəndaşın sözlərinə görə, bir neçə ay əvvəl müraciəti əsasında mənzilindəki köhnə NFC tipli smart sayğac “Azərişıq” tərəfindən dəyişdirilib.

Abonent bildirib ki, əvvəlki sayğacda ödənişlər smart karta yüklənir, daha sonra kart sayğaca yaxınlaşdırılaraq məbləğ sayğacın yaddaşına köçürülürdü. Yeni sayğacın isə GPRS sisteminə keçidi abonent üçün ödəniş prosesinin daha rahat olacağı gözləntisi yaradıb.

Onun sözlərinə görə, “Azərişıq” əməkdaşı da yeni sayğacla artıq karta ehtiyac olmadığını, ödənişin birbaşa abonent kodu vasitəsilə həyata keçiriləcəyini bildirib.

Abonent qeyd edir ki, elektrik enerjisi üzrə ödənişlərini hər ayın əvvəlində həyata keçirir və aylıq sərfiyyatı 200 kVt·saatı keçmədiyindən aşağı tarifdən istifadə edir. Ödənilən məbləğin həmin ayın sərfiyyatını tam qarşılamaqla yanaşı, növbəti aya da keçdiyini bildirən vətəndaş indiyədək elektrik enerjisi üzrə borcunun olmadığını deyir.

Lakin “Azərişıq”ın rəsmi saytındakı şəxsi kabinetinə daxil olan zaman abonent şəxsi kabinetdə “Sizin cari borcunuz” bölməsində -15,67 manat məbləğ göstərilib.

Bunun səbəbini öyrənmək üçün qurumun qaynar xəttinə müraciət edən abonentə isə operator tərəfindən borcunun olmadığı bildirilib. Hətta sayğacdakı mövcud məbləğ barədə də məlumat verilib.

Abonent şəxsi kabinetdə 15,67 manat borc göstərildiyini operatorun diqqətinə çatdırdıqda isə ona yeni GPRS sayğacların sistemlə tam inteqrasiya olunmadığı və bu səbəbdən şəxsi kabinetdə məlumatların yanlış əks oluna biləcəyi bildirilib.

Beləliklə, abonentin sözlərinə görə, eyni vaxtda üç fərqli vəziyyət yaranıb: sayğac işləyir, ödənişlər həyata keçirilib, “Azərişıq”ın qaynar xətti borcun olmadığını təsdiqləyir, lakin şəxsi kabinetdə 15,67 manat məbləğində borc göstərilir.

Yeni GPRS sayğaclar üzrə ödəniş imkanları da sual doğurur. Belə ki, qaynar xəttin əməkdaşı abonent koduna ödənişin yalnız müəyyən kanallar vasitəsilə mümkün olduğunu bildirib. Buraya MilliÖn terminalları, “Birbank” və mümkün olduğu halda ABB tətbiqinin daxil olduğu qeyd edilib.

Skat.az - Ev və Avtomobil elanları