SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
“Azəriqaz” vətəndaşa qanunsuz cərimə yazıb – MƏHKƏMƏ QƏRARI

“Azəriqaz” vətəndaşa qanunsuz cərimə yazıb – MƏHKƏMƏ QƏRARI

  • 28 noyabr 2025, 10:06

“Azəriqaz” İstehsalat Birliyi vətəndaşa qarşı yazdığı borcun qanunsuz olması aşkarlanıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsinin çıxardığı qətnamədə qeyd olunub.

Məlumata görə, “Azəriqaz” tərəfindən 1500 manat borc yazılan vətəndaş bunun qanunsuz hesab edilməsi və silinməsi barədə məhkəməyə müraciət edib.

İddiaçı bildirib ki, onun tələbkarlarla hər hansı problem olmayıb, mənzilinə quraşdırılmış qaz sayğacına dair müvafiq yoxlamalar və ya prosedurlar həyata keçirilib.

Sonradan, yəni sayğacın dəyişdirilməsindən sonra məlum olub ki, “Azəriqaz” tərəfindən onu 1500 manat məbləğində cərimə ediblər. Vətəndaş “Azəriqaz”a müraciət etdikdə ona guya ki, qazdan qeyri-qanuni istifadə edilməsinə görə cərimə olunması bildirilib.

Lakin, aktlar tərtib olunarkən onun iştirakı olmayıb və həmin sənədlərə imza atmayıb. O qeyd edib ki, həmin sayğac yaşadığı ünvanda ilk gündən işləyib, “Azəriqaz”ın əməkdaşları heç vaxt gəlib nəzarət etməyiblər.  Eyni zamanda bildirib ki, onlar tərəfindən sayğaca heç bir müdaxilə olmayıb.

Səbail Rayon Məhkəməsi vətəndaşın xeyrinə qərar verib, “Azəriqaz” tərəfindən yazılan 1500 manat borcun silinməsi barədə qətnamə çıxarıb.

Prime Leasing
SPE Annual Caspian