Bu il yanvarın 1-nə Dövlət Neft Fondu (ARDNF) 73 541,5 milyon ABŞ dolları valyuta ehtiyatlarına malik olub.
Bu barədə Yurd.Media-ya Fonddan məlumat verilib.
Məlumata əsasən, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 22,5% çoxdur.
Xatırladaq ki, il ərzində Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları isə 5,1% artaraq 11 514,9 milyon dollar təşkil edib.
Beləliklə, hesabat tarixinə ölkənin valyuta ehtiyatları 19,8% artaraq 85 056,4 milyon dollara çatıb.