SÜJET

Ramazan 2026 Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb

Azərbaycanda Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb

  • 20 mart 2026, 09:00

Ramazan ayının başa çatması ilə əlaqədar Azərbaycanda bu gün bayram namazı qılınıb.

Yurd.Media xəbər verir ki, saat 08.00-da Əjdərbəy məscidində, saat 09.00-da isə Təzəpir məscidində bayram namazının qılınmasına başlanıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmasını diləyiblər. Daha sonra dindarlar bir-birlərini bayram münasibətilə təbrik ediblər. 

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı fevralın 19-da başlayıb.

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları