SÜJET
“Hava məkanından istifadə və uçuş Qaydaları” təsdiq edilib.
Yurd.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Bu Qaydalar Azərbaycan Respublikasının hava məkanından istifadəni və uçuş qaydalarını müəyyən edir.
Azərbaycan Respublikasında hava məkanının bütün istifadəçiləri (o cümlədən, Azərbaycan Respublikasında qeydiyyata alınmış hava gəmisinin istismarçıları) bu Qaydaların tələblərini yerinə yetirməlidirlər.
Uçuşların təşkili və yerinə yetirilməsi, hava hərəkətinin idarə olunması ilə məşğul olan subyektlər tərəfindən dərc edilən müvafiq sənədlər (əmr, sərəncam, təlimat və s.) bu Qaydaların tələblərinə uyğun olmalıdır.
Qərarla daha ətraflı bu link vasitəsilə tanış olmaq mümkündür.