SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Azərbaycan və Ermənistan rəsmiləri sərhədlərin müəyyənləşdirilməsi üzrə son durumu açıqladı

Azərbaycan və Ermənistan rəsmiləri sərhədlərin müəyyənləşdirilməsi üzrə son durumu açıqladı

  • 09 iyul 2026, 14:27

Azərbaycan və Ermənistan rəsmiləri sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı həyata keçirilən son işləri açıqlayıblar.

Yurd.Media xəbər verir ki, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun sözlərinə görə, delimitasiya və demarkasiya üzrə iş gedir.

Nazir bildirib ki, bu istiqamətdə komissiyalar yaradılıb: “Bu iş mütəmadi davam etdirilir. Biz aparılan işin ilkin müsbət nəticələrinə şahid olmuşduq, 13 km-ə yaxın dövlət sərhəd xətti delimitasiya edilib”.

Ceyhun Bayramov qeyd edib ki, hər iki tərəfdə bəlli razılaşmalar əldə edilib: "Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Proses həyata keçiriləcək, eksklav kənd məsələləri öz həllini tapacaq”.

Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün iki mümkün variantın nəzərdən keçirildiyini bildirib:

"Birinci variant ondan ibarətdir ki, anklav və eksklavlar de-yure məxsus olduqları dövlətin ərazisi olaraq qalır. İkinci variant isə delimitasiya zamanı tərəflərin ekvivalent ərazilərlə mübadilə aparmasıdır", – Ermənistanın Baş naziri bildirib.

Paşinyan qeyd edib ki, Ermənistan bu mövzudan imtina etmir.

"Mən deyə bilmərəm ki, biz anklav və eksklav mövzusundan imtina edirik və ya edə bilərik. Xeyr, bu məsələni həll etməliyik. Həll variantlarının necə olacağı isə müzakirə mövzusudur", – o vurğulayıb.

Baş nazir əlavə edib ki, daha sakit müzakirə üçün məsələ başqa müstəviyə keçirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları