İsrail və ABŞ-nin İrana zərbələri fonunda Azərbaycanın regionda əhəmiyyəti ön plana çıxıb.
Bunu Yurd.Media-ya açıqlamasında politoloq Əziz Əlibəyli bildirib.
Onun sözlərinə görə, ölkəmiz son proseslərdən sonra Avrasiyanın vacib körpüsü rolunu oynayır:
"Regionda hərbi əməliyyatlar baş verən zaman gərginlik yaşanan ölkələr üzərindən keçməli olan təyyarə reysləri Azərbaycanın hava məkanına yönəldilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan regionun təhlükəsizlik adasıdır".
Siyasi ekspert bildirib ki, son dövrdə dünyada baş verən proseslər fonunda Azərbaycanın stabilliyi, hava məkanının təhlükəsizliyi çox yaxşı təmin olunub.
O qeyd edib ki, şimalda olduğu kimi Azərbaycandan cənubda da müharibə gedir və bu həm unikal faktdır, eyni zamanda kuryoz vəziyyətdir:
"İki istiqamətdə savaş gedən ölkənin arasında sabitlik rolu oynaması hər dövlətin qisməti olmur. Düzdür ilk baxışdan bunu qismət kimi ifadə edirik. Lakin bunun arxasında strateji, xarici-siyasi məqsəd və qabiliyyət dayanır".
Ə.Əlibəyli qeyd edib ki, indi dünyanın aviasiya təhlükəsizliyi sahəsində mərkəz olmaq Bakının nəsibinə düşdü:
"Bu həm də onu göstərir ki, savaşan tərəflər özünün bütün 4 cəhət üzrə zərbə endirir. Amma bu kordinatların ucunda Azərbaycan varsa, bu hücumdan vaz keçirlər. Bu bizim balanslı regional siyasətimizin göstəricisidir. Bu ölkə prezidentinin uğurlu yanaşmalarının, o cümlədən bütün təhdidlərə rəğmən ölkəni bir savaş məkanına çevirməmə qabiliyyətinin ifadəsidir. Məncə Azərbaycanın ən böyük uğuru da ölkəni qorumaq, bu cür regional qlobal təhdidlərdən xilas edə bilmə gücünə söykənir”.
Ekspert hesab edir ki, bu ölkənin xarici siyasətinin indikatorudur:
“Bakı səmasında yüzlərlə, minlərlə təyyarə havalanıb. Müxtəlif istiqamətlərə təhlükəsiz şəkildə uçuşlar həyata keçirilir. Amma bizdən şimalda və cənubda bunlar mümkün deyil. Sadəcə buradan baxmaq kifayətdir”.
politoloq Əziz Əlibəyli