SÜJET
Rusiyanın paytaxtı Moskvada İkinci Dünya müharibəsində qələbənin 80 illiyi ilə əlaqədar keçirilən hərbi parada Azərbaycan hərbçiləri də qatılıblar.
Yurd.Media xəbər verir ki, hərbçilərimiz 29 ölkənin liderlərinin əyləşdikləri mərkəzi tribunanın önündən keçiblər.
Rusiya Prezidenti Vladimir Putin mərkəzi tribunadan paradı izləyir.
Qırmızı meydanda keçirilən parada 13 ölkədən hərbçilər qatılıb. Bura Azərbaycan, Vyetnam, Belarus, Misir, Qazaxıstan, Çin, Qırğızıstan, Laos, Monqolustan, Myanma, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.