Dövlət Statistika Komitəsində (DSK) kadr dəyişiklikləri davam edir.
Yurd.Media "Yeni Sabah"a istinadən xəbər verir ki, DSK sədri Azər Mursaqulovun müvafiq əmri ilə daha bir şöbə müdiri vəzifəsindən azad olunub.
Əmrə əsasən, DSK-nin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Kuzina Tatyana Vladimirovna işdən çıxarılıb. Onun yerinə hələlik yeni təyinat olmayıb.
Bununla da qurumda müdir vəzifəsi boş olan şöbələrin sayı ikiyə çatıb. Bunlar Beynəlxalq əlaqələr və Maliyyə və təsərrüfat şöbələridir.
Qeyd edək ki, bundan əvvəl Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri Sədi Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifədən azad ediliblər.
F.Əliyev qurumun Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri postuna keçirilib.