SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Atatürk prospektindəki tikili belə dağıdıldı - VİDEO

Atatürk prospektindəki tikili belə dağıdıldı - VİDEO

  • 17 aprel 2026, 09:42
Gəncə

Gəncənin Atatürk prospektindəki qanunsuz tikilən ev dağıdıldı.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Bu çərçivədə, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin Atatürk prospektində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Gəncə Şəhər İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Atatürk prospektindəki tikili belə dağıdıldı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları