Azərbaycan Mərkəzi Bankı (AMB) "AtaSığorta" ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verib.
Bu barədə Yurd.Media-ya AMB-dən məlumat verilib.
Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması tapşırılıb.