SÜJET
Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.
Yurd.Media xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, onun vəziyyətini həkimlər ağır qiymətləndirir.
***17:28
Kikboksinq və Muay-Tay üzrə 9 qat Dünya, 3 qat Avropa çempionu, Muay-Tay və Tayboksinq federasiyasının prezidenti Araz Musayev bıçaqlanıb.
Yurd.Media xəbər verir ki, bu barədə görüntülər teleqram kanallarında yayılıb. Məlumata görə, hadisə Türkiyədə baş verib. İdmançımıza ilkin tibbi yardım göstərilib.Onun hazırki durumu ilə bağlı hələlik məlumat yoxdur.