"Araz" supermarketin Məhəmmədli dairəsində yerləşən filialından mütəmadi bazarlıq edən müştəri artıq ikinci dəfədir ki aldığı yumurtaların xarab çıxması ilə rastlaşıb.
Yurd.Media xəbər verir ki, Vüsalə Hacıyeva adlı istifadəçinin sosial şəbəkələrdə etdiyi paylaşıma görə, mağazada məhsullara nəzarət olunmur:
"Bununla artıq 2-ci dəfədir ki, 15 ədədlik "Giləzi ağ" yumurtalar alırıq, iylənmiş və altında da ağ qurdlar olur".
Şikayətçi hesab edir ki, problem yumurta istehsalçısında deyil, supermarketdəndir:
“Araz supermarket yumurtaları özləri paketləyib vitrində nəzarətsiz şəkildə saxlayır. Hansı paketi götürürsənsə, mütləq siniq və iylənmiş yumurtalar olur. Havalandırma da normal deyil, sınıq yumurtalar qalır, iylənir və qurd basır”.